C++ 120

Haqqında
Tədris
Tələblər
Qeydiyyat
C++ dilini bilmək vacibdirmi?

 Əgər Siz C ailəsinə mənsub yüksək səviyyəli proqramlaşdırma dillərini (C#, Java, Python və s.) öyrənmək istəyirsinizsə və Sizin kifayət qədər "proqramlaşdırma məntiqi"niz varsa o zaman C++ dilindən başlamağınız məsləhətdir.

Kimlər dərs deyəcək?

  MilliByte-ın təhsil mərkəzində öz ixtisasları üzrə çalışan  təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər dərs deyir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. C++ təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

  Siz, C++ təlimini bitirdikdən sonra obyektyönümlü proqramlaşdırmanın əsaslarını öyrənmiş olacaq və sərbəst şəkildə proqramlar yazmağı bacaracaqsınız. C++ dilini bilməklə gələcəkdə vizual proqramlaşdırma mühitlərini öyrənməyiniz də daha asan və rahat olacaq.

C++ təlimində nələr öyrənəcəksiniz?

Siz, 2 aylıq C++ təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz: 

- Dev-C++ mühiti;
- Dilin elementləri;
- Verilənlər tipləri, dəyişənlər və sabitlər;
- C++ dilinin C dilindən fərqləri;
- Obyektyönümlü proqramlaşdırma: əsas anlayışlar;
- C++ dilində siniflər;
- Massivlər, göstəricilər və istinadlar;
- Operatorlar və funksiyalar;
- Virtual funksiyalar;
- İstisna halların emalı;
- Standart şablonlar kitabxanası;
- C++ dilinin əlavə imkanları;

C++ kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

 C++, C dilinin daha inkişaf etmiş variantıdır və obyektyönümlü proqramlaşdırma dili sayılır. Odur ki, C++ öyrənmək üçün başlanğıc bilik kimi C dilini bilmək tələb olunur.