C 100

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

C dilini bilmək vacibdirmi?

 Əgər Siz C ailəsinə mənsub yüksək səviyyəli proqramlaşdırma dillərini (C++, C#, Java, Python və s.) öyrənmək istəyirsinizsə  və Sizin kifayət qədər "proqramlaşdırma məntiqi"niz yoxdursa o zaman C dilindən başlamağınız məsləhətdir.

Kimlər dərs deyəcək?

  MilliByte-ın təhsil mərkəzində öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər dərs deyir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. C təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

  Siz, C təlimini bitirdikdən sonra alqoritmləşdirmə və proqramlaşdırma məntiqini öyrənmiş olacaqsınız. Bu isə proqram yazma texnologiyasının əsaslarını, etibarlı və effektiv proqramlar hazırlamağın qayda və metodlarını öyrənib tətbiq etməyinizə imkan verəcək. Nəticədə proqramçı olmaq yolunda irəliyə doğru ciddi addım atmış olacaqsınız.

C təlimində nələr öyrənəcəksiniz?

Siz, 2 aylıq C təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz: 

- Turbo C mühiti;
- Dilin elementləri;
- Verilənlər tipləri, dəyişənlər və sabitlər;
- İfadələr, operatorlar və funksiyalar;
- Kitabxanalar;
- Ümumi təyinatlı utilitlər.

C kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Qarşısına proqramçı olmağı məqsəd qoyan hər bir şəxsin fundamental riyazi bilikləri olmalıdır. C proqramlaşdırma dilini öyrənmək üçün eyni zamanda alqoritm anlayışına da sahib olmalısınız.