Windows Server 200

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Windows Server Administratoru kimdir?

 Windows Server Administratoru, şirkətlərin Windows Server platforması üzərində qurulmuş serverlərinin infrastrukturunu idarə edən mütəxəssisdir. Bu mütəxəssis mühəndis layihələrinin texniki dəstəyini təmin edir; serverlərin inşası və konfiqurasiyası işlərindən məsuliyyət daşıyır. Ümumiyyətlə isə Windows Server Administratorunun gördüyü işlərin 60%-i əməliyyat, 20%-i mühəndislik və 20%-i də texniki dəstəkdən ibarətdir.

Windows Server Administratorları harda işləyə bilər?

 Windows Server Administratorları, bir sıra dövlət və özəl müəssisələrdə, o cümlədən nazirlik və komitələrin, özəl şirkətlərin və eləcə də bankların İT departamentlərində sistem inzibatçısı vəzifəsində çalışa bilər.

Kimlər dərs deyəcək?

 MilliByte-ın təhsil mərkəzində Windows Server dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Windows Server təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, Windows Server təlimini bitirdikdən sonra Windows Server platformalı serverləri idarə etməyi bacaracaqsınız. Bununla da Siz aşağıdakı bilik və bacarıqlara yiyələnmiş olacaqsınız:

- Server əməliyyat sisteminin, və eləcə də fayl və qovluq xidmətlərinin idarə olunması;
- Proqram təminatlarının distributivasiya və yenilənmələri;
- Təyin olunmuş serverlərin profillənməsi və monitorinqi;
- Mərkəzi idarəetmə sisteminin qurulması;
- Nasazlıqların aşkarlanması və aradan qaldırılması.

Windows Server təlimində nələr öyrənəcəksiniz?

 Siz, 3 aylıq Windows Server təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Server əməliyyat sistemi: əsas anlayışlar;
- Windows Server idarəetmə mühiti;
- IPv4 və IPv6;
- DHCP;
- DNS;
- Routing və Remote Access;
- Network Policy Server Role Service;
- Windows Serverlərin və şəbəkələrin təhlükəsizliyi;
- Şəbəkədə fayl və printer xidmətləri;
- Active Directory Domain Xidməti;
- AD DS Domain Controllerlər;
- Çoxlu Domain və Forestlər;
- File Server Resource Manager;
- Şəbəkə Resursları;
- Virtuallaşdırma: evalyuasiya və planlaşdırma;
- Hyper-V Server Role: installyasiya və konfiqurasiya;
- Virtual Disk və Virtual Maşınlar: quraşdırma və konfiqurasiya;
- Failover Clusters;
- Network Load Balancing Clusters;
- Active Directory Services: CS, LDS, FS, RMS, RDSl
- Remote Desktop Gateway;
- Internet Information Services 7.x;
- Windows Streaming Media Services;
- Windows Deployment Services;
- Windows Server Update Services;
- Backup və Restore.

Windows Server kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

 Windows Server təliminə keçmədən öncə texniki xidmət və ümumi şəbəkə anlayışına sahib olmaq lazımdır. Odur ki, Windows Server öyrənmək üçün başlanğıc biliklər kimi Texniki Xidmət və Şəbəkə Xidməti təlimlərini keçməlisiniz.