Unix Server 200

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Unix Server Administratoru kimdir?

 Unix Server Administratoru, şirkətlərin Unix Server platforması üzərində qurulmuş serverlərinin infrastrukturunu idarə edən mütəxəssisdir. Bu mütəxəssis mühəndis layihələrinin texniki dəstəyini təmin edir; serverlərin inşası və konfiqurasiyası işlərindən məsuliyyət daşıyır. Ümumiyyətlə isə Unix Server Administratorunun gördüyü işlərin 60%-i əməliyyat, 20%-i mühəndislik və 20%-i də texniki dəstəkdən ibarətdir.

Unix Server Administratorları harda işləyə bilər?

 Unix Server Administratorları, bir sıra dövlət və özəl müəssisələrdə, o cümlədən nazirlik və komitələrin, özəl şirkətlərin və eləcə də bankların İT departamentlərində sistem inzibatçısı vəzifəsində çalışa bilər.

Kimlər dərs deyəcək?

 MilliByte-ın təhsil mərkəzində Unix Server dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Unix Server təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, Unix Server təlimini bitirdikdən sonra Unix Server platformalı serverləri idarə etməyi bacaracaqsınız. Bununla da Siz aşağıdakı bilik və bacarıqlara yiyələnmiş olacaqsınız:

- Server əməliyyat sisteminin, və eləcə də fayl və qovluq xidmətlərinin idarə olunması;
- Proqram təminatlarının distributivasiya və yenilənmələri;
- Təyin olunmuş serverlərin profillənməsi və monitorinqi;
- Mərkəzi idarəetmə sisteminin qurulması;
- Nasazlıqların aşkarlanması və aradan qaldırılması.

Unix Server təlimində nələr öyrənəcəksiniz?

 Siz, 2 aylıq Unix Server təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Server əməliyyat sistemi: əsas anlayışlar;
- Unix Server idarəetmə mühiti;
- Fayl sistemi;
- Sistem xarakteristikalarının quraşdırılması;
- Portların idarə olunması;
- Şəbəkə konfiqurasiyasının quraşdırılması;
- İstifadəçi hesabları və qrupları;
- Avtomatik tapşırıqların planlaşdırılması;
- Yaddaş qurğuları ilə iş;
- Çap qurğuları ilə iş;
- Verilənlərin arxivlənməsi və bərpası;
- Verilənlərin təhlükəsizliyi;
- Əlavə imkanlar.

Unix Server kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

 Unix Server təliminə keçmədən öncə texniki xidmət və ümumi şəbəkə anlayışına sahib olmaq lazımdır. Odur ki, Unix Server öyrənmək üçün başlanğıc biliklər kimi Texniki Xidmət və Şəbəkə Xidməti təlimlərini keçməlisiniz.