Microsoft Exchange Server 250

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Microsoft Exchange Server nə üçündür?

 Microsoft Exchange Server, müəssisələrin məlumat mübadiləsi aparmaları və kollektiv çalışmaları üçün nəzərdə tutulan proqram təminatıdır.

 Kollaborativ (groupware) kateqoriyaya aid olan bu proqram, hər hansı bir müəssisə əməkdaşlarının vahid bir komanda şəklində elektron məktubları emal etmə və yenidən göndərmələrinə, təqvim və tapşırıqlara birgə çıxış əldə etmələrinə və səsli məlumatları və ani ismarışların göndərilməsinə imkan verir.

 Microsoft Exchange Server proqramı, mobil qurğularla işi dəstəkləyir və istifadəçilərin vebə çıxışlarını də təmin edir.

Microsoft Exchange Server'i kimlər bilməlidir?

 Şirkətlərin Windows Server platforması üzərində qurulmuş serverlərini idarə edən sistem inzibatçıları Microsoft Exchange Server proqramını bilməlidir.

Kimlər dərs deyəcək?

  MilliByte-ın təhsil mərkəzində Microsoft Exchange Server dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Microsoft Exchange Server təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, Microsoft Exchange Server təlimini bitirdikdən sonra aşağıdakı məsələləri həll etməyi bacaracaqsınız:

- Mərkəzi mail serverlərin qurulması və konfiqurasiyası;
- Elektron poçtlara nəzarət və mail serverlərin təhlükəsizliyi;
- Kliyent girişlərinin idarə olunması;
- Mobil qurğularla inteqrasiya.

Microsoft Exchange Server təlimində nələr öyrənəcəksiniz?

Siz, 2 aylıq Microsoft Exchange Server təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Exchange Server: əsas anlayışlar və dizayn;
- Exchange Serverin tətbiq edilməsi və mail serverin qurulumu;
- Qəbul edici obyektlərin idarə olunması;
- Kliyent girişinin idarə olunması;
- İsmarış transportunun idarə olunması;
- İsmarış təhlükəsizliyinin təmin oluması;
- Yüksək əlçatanlıq imkanının (availability) təmin oluması;
- İsmarış siyasəti və uyğunluğun konfiqurasiyası;
- Exchange Server'in təhlükəsizliyi;
- Exchange Server'in saxlanması (maintaining);
- Aşağı versiyalardan yuxarı versiyalara keçid;
- Yedək (backup) və gerialmanın (recovery) realizasiyası;
- Exchange Server üçün Forefront Protection.

Microsoft Exchange Server kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

 Microsoft Exchange Server təliminə başlamadan öncə başlanğıc bilik kimi Windows Server əməliyyat sistemini bilməyiniz tələb olunur.