VMware vSphere 250

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

VMware vSphere nə üçündür?

 VMware vSphere, İT bazarında virtuallaşdırma sahəsində ən böyük paya sahib olan VMware şirkətinin məhsuludur.

 Bu proqram təminatı əsasən böyük data mərkəzlərində server virtuallaşdırma platforması üçün nəzərdə tutularaq, "bulud" (cloud) infrastrukturunun virtualizasiyası üçün tətbiq edilir.

 VMware vSphere proqramı virtual mühitdə ən vacib tətbiqetmələrin stabil işini dəstəkləyir və ən az xərclərlə keyfiyyətli xidmət əldə etməni təmin edir.

VMware vSphere'i kimlər bilməlidir?

 Şirkətlərin serverlərini idarə edən sistem inzibatçıları VMware vSphere proqramını bilməlidir.

Kimlər dərs deyəcək?

  MilliByte-ın təhsil mərkəzində VMware vSphere dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. VMware vSphere təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, VMware vSphere təlimini bitirdikdən sonra aşağıdakı məsələləri həll etməyi bacaracaqsınız:

- İT-arxitekturanın optimizasiyası;
- Mühim biznes layihələrinin stabillik, arasıkəsilməzlik və təhlükəsizliyinin təmin edilməsi;
- İnfrastruktur xərclərinin azaldılması;
- Resursların optimal paylanması;
- İT-sistemin keyfiyyətli idarəolunması.

VMware vSphere təlimində nələr öyrənəcəksiniz?

Siz, 2 aylıq VMware vSphere təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- VMware vSphere: əsas anlayışlar;
- Virtual maşınların qurulması;
- VMware vCenter Server;
- Virtual şəbəkələrin qurulması və idarə olunması;
- Virtual saxlancların (storage) qurulması və idarə olunması;
- Virtual maşınların idarə olunması;
- Dataların mühafizəsi;
- Giriş və identifikasiyaların nəzarəti;
- Resursların idarə olunması və monitorinqi;
- Yüksək əlçatma və xətalara dayanıqlılıq;
- Miqyaslaşdırılabilmə;
- Patch idarəetməsi;
- vSphere komponentlərinin instalyasiyası.

VMware vSphere kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

 VMware vSphere təliminə başlamadan öncə başlanğıc bilik kimi Windows Server əməliyyat sistemini bilməyiniz tələb olunur.