Java SE 200

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Core Java Developer kimdir?

 Core Java (Java SE) Developer, Java platformasının standart versiyasında proqram təminatı (proqramlar və appletlər) hazırlaya bilən proqram mühəndisidir. Bir mühəndis kimi Core Java Developerin işi: araşdırma, proqramın dizayn və kod hissəsini işləmə, və proqram məhsulunu reallaşdırma və test etməkdən ibarətdir. Core Java Developerin hazırladığı proqram məhsulları fərdi və kiçik biznesdə istifadə üçün nəzərdə tutulmuşdur.

Core Java Developerlər harda işləyə bilər?

 Core Java Developerlər, bir sıra dövlət və özəl müəssisələrdə, o cümlədən nazirlik və komitələrin, özəl şirkətlərin və eləcə də GSM operator və bankların İT departamentlərinin proqramlaşdırma şöbələrində proqramçı vəzifələrində çalışa bilər.

Kimlər dərs deyəcək?

  MilliByte-ın təhsil mərkəzində Java SE dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Java SE təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, Java SE təlimini bitirdikdən sonra obyektyönümlü proqramlaşdırmanın əsaslarını öyrənmiş olacaq və Java dilində sərbəst şəkildə proqramlar yazmağı bacaracaqsınız. Bununla da Java EE versiyasını öyrənmək üçün baza biliklərinə də yiyələnmiş olacaqsınız.

Təcrübə Proqramları

 Tədris kurslarının sonunda dinləyicilərdən ən yaxşı göstəricilərə malik olanlardan layihə qrupları təşkil edilir. Belə layihə qrupları həm bilik və bacarıqlarını daha da təkmilləşdirmə imkanı qazanır, həm də kommersiya layihələrindən qazanc əldə edirlər.

Java SE təlimində nələr öyrənəcəksiniz?

- Java dili və onun imkanları; 
- Java dilinin əsasları;
- Obyektyönümlü proqramlaşdırma: əsas anlayışlar;
- İdarəetmə instruksiyaları;
- String və Array tipləri;
- Paketlər;
- Kompozisiya və vərəsəlik;
- İnterfeyslər;
- İstisnalar;
- JDBC;
- Kolleksiyalar və ümumiləşdirmə;
- Java dilinin əlavə imkanları.

Java SE kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

  Java, obyektyönümlü proqramlaşdırma dili sayılır. Bu dilinin sintaksisi C dilinə yaxın, lakin ondan daha mürəkkəb olduğuna görə başlanğıc bilik kimi C dilini bilmək tələb olunur.