PHP 130

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

PHP Developer kimdir?

 PHP Developer, PHP skript dilində web-layihələr hazırlaya bilən web mühəndisidir.

 Bir mühəndis kimi PHP Developerin işi: araşdırma, web saytın ümumi strukturunun hazırlanması və proqram tərəfini işləmə, proqram məhsulunu reallaşdırma və test etməkdən ibarətdir.

PHP Developerlər harda işləyə bilər?

 PHP Developerlər, əsasən web-layihələr işləyib hazırlayan şirkətlərdə və bir çox halda da freelancer (sərbəst işçi) olaraq çalışırlar. Müəyyən istisna hallarda isə bəzi iri dövlət və özəl müəssisələr PHP Developerlər üçün ştat ayırırlar.

Kimlər dərs deyəcək?

  MilliByte-ın təhsil mərkəzində PHP dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. PHP təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, PHP təlimini bitirdikdən sonra bu dilin imkanlarından istifadə etməyi bacaracaqsınız. Bu isə Sizə web-proqramları layihələndirməyə və proqramlaşdırmağa imkan verəcək.

Təcrübə Proqramları

 Tədris kurslarının sonunda dinləyicilərdən ən yaxşı göstəricilərə malik olanlardan layihə qrupları təşkil edilir. Belə layihə qrupları həm bilik və bacarıqlarını daha da təkmilləşdirmə imkanı qazanır, həm də kommersiya layihələrindən qazanc əldə edirlər.

PHP təlimində nələr öyrənəcəksiniz?

Siz, 2 aylıq PHP təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Apache serverlər: ümumi məlumat və əsas iş prinsipləri;
- PHP dilinin imkanları, tətbiq sahələri;
- Dilin sintaksisi və idarəetmə konstruksiyaları;
- PHP ilə sorğuların emalı;
- PHP dilinin funksiyaları;
- Obyekt və siniflər;
- Sətirlər və massivlər ilə iş;
- Fayl sistemi ilə iş;
- VB, VBİS və SQL: əsas anlayışlar;
- PHP və MySQL-in qarşılıqlı əlaqəsi;
- Sessiyalar vasitəsilə girişlərin avtorizasiyası;
- Requlyar ifadələr;
- PHP və XML-in qarşılıqlı əlaqəsi;
- Şablonların istifadəsi.

PHP kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

  PHP təliminə başlamaq üçün fundamental proqramlaşdırma məntiqinə sahib olmaq lazımdır. Bu baxımdan C dilini bilməyiniz məsləhətdir. Bundan başqa PHP öyrənmək üçün HTML & CSS və JavaScript təlimlərindən başlamağınız tövsiyyə olunur.