HTML & CSS 100

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

HTML&CSS-i bilmək vacibdirmi?

  HTML & CSS, web kodlaşdırmanın əsasını təşkil edir. Əgər Siz Web Developer olmaq istəyirsinizsə o zaman HTML & CSS-dən başlamağınız məsləhətdir.

Kimlər dərs deyəcək?

 MilliByte-ın təhsil mərkəzində öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər dərs deyir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. HTML & CSS təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, HTML & CSS təlimini bitirdikdən sonra web kodlaşdırmanın əsasını öyrənmiş olacaqsınız. Bu isə sayt yığma texnologiyasının əsas prinsiplərini, o cümlədən layihələndirmə və sayt sktrukturunu hazırlamağın qayda və metodlarını öyrənib tətbiq etməyinizə imkan verəcək. Nəticədə Web Developer olmaq yolunda ilk və ciddi addımınızı atmış olacaqsınız.

HTML&CSS təlimində nələr öyrənəcəksiniz?

Siz, 1 aylıq HTML & CSS təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Əsas anlayışlar;
- İstinadlar və təsvirlər;
- Cədvəl və siyahılar;
- Frame (iFrame) və formalar;
- Stilin kaskad cədvəlləri (CSS);
- Saytların inşası zamanı stillərin istifadəsi;
- HTML və CSS-in əlavə imkanları, XML-texnologiyalar; 
- Saytın serverdə yerləşdirilməsi və texniki dəstəyi.

HTML & CSS kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

 Microsoft Excel təliminə başlamadan öncə başlanğıc biliklər kimi Windows ƏS-ni və Microsoft Word proqramını bilməyiniz tələb olunur.