JavaScript 150

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

JavaScript dilini bilmək vacibdirmi?

 JavaScript, istifadəçilər ilə sayt arasında interaktivliyi təmin etmək üçün istifadə edilən skript dilidir. Əgər Siz funksional və interaktiv interfeysli saytlar hazırlamaq istəyirsinizsə o zaman JavaScript dilini bilməlisiniz.

Kimlər dərs deyəcək?

 MilliByte-ın təhsil mərkəzində JavaScript dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. JavaScript təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, JavaScript təlimini bitirdikdən sonra bu dilin imkanlarından istifadə etməyi bacaracaqsınız. Bu isə Sizə interaktiv və funksional web-saytları layihələndirməyə və proqramlaşdırmağa imkan verəcək.

JavaScript təlimində nələr öyrənəcəksiniz?

 Siz, 1 aylıq JavaScript təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- JavaScript dilinin imkanları, tətbiq sahələri;
- Dilin sintaksisi və idarəetmə konstruksiyaları;
- JavaScript dilinin funksiyaları;
- Obyektlər və Massivlər;
- JavaScript və OYP;
- Brauzerin obyekt modeli;
- HTML elementlərinin istifadəsi;
- Sənədin obyekt modeli (DOM);
- Hadisələr və onların emalı;
- Əlavə imkanlar.

JavaScript kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

 JavaScript dilini öyrənmək üçün web kodlaşdırmanın əsaslarını bilmək lazımdır. Bu baxımdan HTML & CSS təlimindən başlamağınız tövsiyyə olunur.