Joomla! 100

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Joomla nə üçündür?

 Joomla - geniş yayılmış və pulsuz olan məzmun idarəetmə sistemidir (CMS). Bu CMS (ing. Content Management System), müxtəlif interaktiv saytlar, online-cəmiyyətlər, media portallar və bloqların hazırlanması üçün istifadə edilir.  Bu sistemin sadə vizual interfeysi iri həcmli materialların, o cümlədən HTML və media fayllarının idarə olunması və nəşri üçün çox rahat və əlverişlidir. 

Joomla'nı kimlər bilməlidir? 

Joomla CMS-i, Joomla-da hazırlanan saytların administratorları və eləcə də qısa zamanda az bilik və bacarıqla CMS saytlar hazırlamaq istəyən həvəskarlar bilməlidir.

Kimlər dərs deyəcək?

  MilliByte-ın təhsil mərkəzində Joomla dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, Joomla təlimini bitirdikdən sonra Joomla CMS-də sayt hazırlamağı, bu sistemdə hazırlanmış mövcud saytları təkmilləşdirməyi bacaracaqsınız. Joomla təlimində həmçinin Joomla saytlarının administrativ idarə olunmasını da öyrənmiş olacaqsınız.

Joomla təlimində nələr öyrənəcəksiniz?

 Siz, 1 aylıq Joomla təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Joomla CMS-in lokal serverdə quraşdırılması və hostinqə köçürülməsi;
- Joomla'nın administrativ idarəedilməsi;
- Sayt strukturunun hazırlanması və bölmələrin idarə olunması;
- Sayt məzmununun redaktəsi;
- Standart modulların istifadəsi və sazlanması;
- Joomla əlavələrinin quraşdırılması və sazlanması;
- Müxtəlif dizayn şablonların quraşdırılması və sazlanması;
- İstifadəçi səlahiyyətlərinin sazlanması;
- Saytın rezerv nüsxəsinin çıxarılması.

Joomla! kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Joomla öyrənmək üçün HTMLCSS təlimindən başlamağınız tövsiyyə olunur.