Windows 50

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Microsoft Windows'u kimlər bilməlidir?

 Microsoft Windows - ən geniş yayılmış əməliyyat sistemidir. Kompüterində bu əməliyyat sistemi quraşdırılmış istənilən kompüter istifadəçisi Microsoft Windows'u bilməli və bu mühitdə sərbəst çalışmağı bacarmalıdır.

Kimlər dərs deyəcək?
  MilliByte-ın təhsil mərkəzində Microsoft Windows dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.
Dərslər necə keçiriləcək?
 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.
Nəticədə nələr əldə edəcəksiniz?
 Siz, Microsoft Windows təlimini bitirdikdən sonra bu əməliyyat sistemi altında çalışan kompüterdə sərbəst şəkildə işləməyi bacaracaqsınız. Bundan başqa tətbiqi proqramları öyrənmək üçün fundamental biliklərə də yiyələnmiş olacaqsınız.

Microsoft Windows təlimində nələr öyrənəcəksiniz?

 Siz, 1 aylıq Microsoft Windows təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Kompüter texnikası: əsas anlayışlar;
- MS Windows interfeysi;
- İstifadəçi interfeysinin tənzimlənməsi;
- Disk, fayl və qovluqlarla iş;
- Windows'un standart proqramları; 
- Proqramların instalyasiyası və silinməsi;
- Yeni qurğuların quraşdırılması;
- Xidməti proqramlarla iş və optimallaşdırma;
- Əlavə imkanlar.

Windows kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Windows əməliyyat sistemini öyrənmək üçün hər hansı başlanğıc tələb nəzərdə tutulmamışdır.