Texniki Xidmət 120

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Texniki Xidməti bilmək vacibdirmi?

 Əgər Siz Sistem və Şəbəkə İdarəetməsi üzrə İT mütəxəssisi olmaq istəyirsinizsə o zaman ilk addım kimi Texniki Xidmətdən başlamağınız məsləhətdir. Bundan başqa əgər Siz özünüzü irəli səviyyəli kompüter istifadəçisi sayırsınızsa o zaman öz kompüterinizlə bağlı problemləri də özünüz həll etməyi bacarmalısınız. Bunun üçün də Texniki Xidmət üzrə bilik və bacarıqlara sahib olmaq lazımdır.

Kimlər dərs deyəcək?
  MilliByte-ın təhsil mərkəzində öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər dərs deyir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Texniki Xidmət təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.
Dərslər necə keçiriləcək?
 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.
Nəticədə nələr əldə edəcəksiniz?
 Siz, Texniki Xidmət təlimini bitirdikdən sonra kompüter texnologiyasının əsaslarını öyrənmiş olacaqsınız. Bu isə öz kompüterinizlə bağlı problemləri vaxtında aşkarlayıb həll etməyə imkan verəcək. Bundan başqa əgər İT mütəxəssisi olmaq istəyirsinizsə bu yolda ilk və ciddi addımınızı da atmış olacaqsınız.

Texniki Xidmət təlimində nələr öyrənəcəksiniz?

Siz, 1 aylıq Texniki Xidmət təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Əsas anlayışlar; 
- Sistem qurğuları; 
- Yaddaş qurğuları; 
- Giriş qurğuları; 
- Çıxış qurğuları;
- Komüterin yığılması – qurğuların qoşulması;
- Əməliyyat sisteminin yüklənməsi.

Texniki Xidmət kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Texniki Xidmət