Şəbəkə Xidməti 120

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Şəbəkə Xidmətini bilmək kimlər üçün vacibdir?

 Əgər Siz Sistem və Şəbəkə İdarəetməsi üzrə İT mütəxəssisi olmaq istəyirsinizsə o zaman kompüter şəbəkəsinin əsaslarını bilmək üçün Şəbəkə Xidmətini öyrənməlisiniz. Bundan başqa Help Desk olmaq istəyənlərin də Şəbəkə Xidməti təlimini keçmələri məsləhət görülür.

Şəbəkə Xidmətini bilənlər harda işləyə bilər?

 Şəbəkə Xidmətini bilən mütəxəssislər, bir sıra dövlət və özəl müəssisələrdə, o cümlədən nazirlik və komitələrin, özəl şirkətlərin və eləcə də bankların İT departamentlərində Help Desk vəzifəsində çalışa bilər. 

Kimlər dərs deyəcək?

 MilliByte-ın təhsil mərkəzində öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər dərs deyir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Şəbəkə Xidməti təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, Şəbəkə Xidməti təlimini bitirdikdən sonra kompüter şəbəkəsinin əsaslarını öyrənmiş olacaqsınız. Bu isə lokal şəbəkələri qurmağa və Workgroup ilə idarə etməyinizə imkan verəcək. Beləliklə Siz İT mütəxəssisi olmaq yolunda növbəti addımınızı da atmış olacaqsınız.

Şəbəkə Xidməti təlimində nələr öyrənəcəksiniz?

Siz, 1 aylıq Şəbəkə Xidməti təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Əsas anlayışlar;
- Lokal şəbəkənin qurulması;
- Workgroup və onun təşkili;
- Modemlərin sazlanması;
- Remote Desktop;
- Firewall, Proksiler, Usergate;
- Şəbəkə antivirusları.

Şəbəkə Xidməti kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Şəbəkə Xidməti təliminə başlamadan öncə Texniki Xidmət təlimini keçməlisiniz.