MS Word 50

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Microsoft Word nə üçündür?

 Microsoft Word - ən geniş yayılmış mətn redaktoru proqramıdır. Bu proqram müxtəlif növ mətn sənədlərinin (sadə məktublar, rəsmi sənədlər, hesabatlar, bukletlər və s.) hazırlanması və oxunması üçün istifadə olunur.

 Microsoft Word'ü kimlər bilməlidir?
 MS Word proqramını istənilən ofis əməkdaşı (rəhbər şəxs, menecer, katibə, mühasib və s.), müxtəlif peşə sahibləri (mühəndis, həkim, müəllim və s.) və tələbələr bilməlidir.
 Kimlər dərs deyəcək?
  MilliByte-ın təhsil mərkəzində Microsoft Word dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.
Dərslər necə keçiriləcək?
 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.
Nəticədə nələr əldə edəcəksiniz?
 Siz, Microsoft Word təlimini bitirdikdən sonra sərbəst şəkildə mətnlərlə işləməyi bacaracaqsınız. Bundan başqa Microsoft şirkətinin digər ofis proqramlarını öyrənmək üçün fundamental biliklərə də yiyələnmiş olacaqsınız.

Microsoft Word təlimində nələr öyrənəcəksiniz?

 Siz, 1 aylıq Microsoft Word təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- MS Word interfeysi; 
- Mətn redaktəsi;
- Mətn tərtibatı;
- Cədvəllərlə iş;
- Qrafik imkanlar;
- Əlavə imkanlar;
- Mətn çapı.

MS Word kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

 Microsoft Word təliminə başlamadan öncə başlanğıc bilik kimi Windows əməliyyat sistemini bilməyiniz tələb olunur.