3ds Max 150

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Autodesk 3ds Max nə üçündür? 

 Autodesk 3ds Max - ən geniş yayılmış çox funksiyalı üçölçülü qrafika və animasiya redaktoru proqramıdır. Bu proqram müxtəlif 3D modelləşdirmə, animasiya, render və kompozisiya işlərini görməyə imkan verir. 

Autodesk 3ds Max'ı kimlər bilməlidir?  
 Autodesk 3ds Max proqramını film studiyaları işçiləri, oyun proqramları hazırlayanlar, memar və mühəndislər və eləcə də 3D modelləşdirmə ilə məşğul olan həvəskarlar bilməlidir. 
Kimlər dərs deyəcək? 
 MilliByte-ın təhsil mərkəzində 3ds Max dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər. 
Dərslər necə keçiriləcək? 
 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur. 
Nəticədə nələr əldə edəcəksiniz? 
 Siz, Autodesk 3ds Max təlimini bitirdikdən sonra üçölçülü qrafika ilə işləməyi, onları istənilən səviyyədə emal etməyi bacaracaqsınız. Bundan əlavə müxtəlif 3D obyektlər və animasiyalar hazırlamağı, və eləcə də layihələrin vizuallaşdırılmasını da öyrənmiş olacaqsınız.

Autodesk 3ds Max təlimində nələr öyrənəcəksiniz? 

 Siz, 3 aylıq 3ds Max təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- 3D modelləşdirmənin əsas anlayışları;
- Sadə obyektlərin hazırlanması;
- Düz fiqurların (splaynlar) hazırlanması;
- Modifikatorların tətbiqi;
- Obyektləri modelləşdirmənin müxtəlif üsulları;
- Materialların hazırlanması və təyinatı;
- Xəritələrin layihələndirilməsi (UVW Map modifikatoru);
- Kameraların quraşdırılması və sazlanması;
- İşıqlarla iş;
- Layihənin vizuallaşdırılması;
- Xüsusi effektlər;
- Əlavə imkanlar.

3ds Max kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır? 

 Autodesk 3ds Max təliminə başlamadan öncə başlanğıc bilik kimi AutoCAD proqramını bilməyiniz tələb olunur.