Delphi 100

Haqqında
Tədris
Tələblər
Qeydiyyat

Delphi Developer kimdir?

 Delphi Developer, Delphi-də proqram təminatı hazırlaya bilən proqram mühəndisidir. Bir mühəndis kimi Delphi Developerin işi: araşdırma, proqramın dizayn və kod hissəsini işləmə, və proqram məhsulunu reallaşdırma və test etməkdən ibarətdir. Bununla yanaşı Delphi üzrə mütəxəssis proqram təminatı layihələrini də idarə edə bilər.

Delphi Developerlər harda işləyə bilər?

 Delphi Developerlər, bir sıra dövlət və özəl müəssisələrdə, o cümlədən nazirlik və komitələrin, özəl şirkətlərin və eləcə də bankların İT departamentlərinin proqramlaşdırma şöbələrində proqramçı və ya layihə meneceri vəzifələrində çalışa bilər. 

Kimlər dərs deyəcək?

  MilliByte-ın təhsil mərkəzində Delphi dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Delphi təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, Delphi təlimini bitirdikdən sonra obyektyönümlü proqramlaşdırmanın əsaslarını öyrənmiş olacaq və Delphi mühitində sərbəst şəkildə proqramlar yazmağı bacaracaqsınız. Bundan başqa Delphi ilə verilənlər bazası proqramları hazırlamaq üçün əsas anlayışlarla da tanış olacaqsınız.

Təcrübə Proqramları

 Tədris kurslarının sonunda dinləyicilərdən ən yaxşı göstəricilərə malik olanlardan layihə qrupları təşkil edilir. Belə layihə qrupları həm bilik və bacarıqlarını daha da təkmilləşdirmə imkanı qazanır, həm də kommersiya layihələrindən qazanc əldə edirlər.

Delphi təlimində nələr öyrənəcəksiniz?

Siz, 3 aylıq Delphi təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Delphi IDE
- Delphi Language (Object Pascal) dilinin imkanları
- Delphi ilə proqramlaşdırmanın əsas prinsipləri
- Tətbiqi proqramların hazırlanma metodikası
- Vizual və qeyri-vizual komponentlərin istifadəsi
- Sistem dialoqları
- Dialoq pəncərələri
- Delphi və API Windows funksiyaları
- Drag&Drop və Drag&Doc texnologiyaları
- OLE 1.0 və OLE 2.0 texnologiyaları
- Delphi'də kodların təkrar istifadəsi (code reuse)
- Yeni komponent, DLL və paketlərin hazırlanması
- Delphi ilə verilənlər bazası (əsas anlayışlar)

Delphi kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

 Delphi, Turbo Pascal dilinin daha inkişaf etmiş variantıdır və obyektyönümlü proqramlaşdırma dili sayılır. Odur ki, Delphi öyrənmək üçün başlanğıc bilik kimi Turbo Pascal dilini bilmək tələb olunur.