C# 150

Haqqında
Tədris
Tələblər
Qeydiyyat
C# Developer kimdir?

 C# Developer, C#-da proqram təminatı hazırlaya bilən proqram mühəndisidir. Bir mühəndis kimi C# Developerin işi: araşdırma, proqramın dizayn və kod hissəsini işləmə, və proqram məhsulunu reallaşdırma və test etməkdən ibarətdir. Bununla yanaşı C# üzrə mütəxəssis proqram təminatı layihələrini də idarə edə bilər.

C# Developerlər harda işləyə bilər?

 C# Developerlər, bir sıra dövlət və özəl müəssisələrdə, o cümlədən nazirlik və komitələrin, özəl şirkətlərin və eləcə də bankların İT departamentlərinin proqramlaşdırma şöbələrində proqramçı və ya layihə meneceri vəzifələrində çalışa bilər.

Kimlər dərs deyəcək?

  MilliByte-ın təhsil mərkəzində C# dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. C# təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, C# təlimini bitirdikdən sonra obyektyönümlü proqramlaşdırmanın əsaslarını öyrənmiş olacaq və C# mühitində sərbəst şəkildə proqramlar yazmağı bacaracaqsınız. Bundan başqa C# ilə verilənlər bazası proqramları hazırlamaq üçün əsas anlayışlarla da tanış olacaqsınız.

Təcrübə Proqramları

 Tədris kurslarının sonunda dinləyicilərdən ən yaxşı göstəricilərə malik olanlardan layihə qrupları təşkil edilir. Belə layihə qrupları həm bilik və bacarıqlarını daha da təkmilləşdirmə imkanı qazanır, həm də kommersiya layihələrindən qazanc əldə edirlər.

C# təlimində nələr öyrənəcəksiniz?

Siz, 4 aylıq C# təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:
- Microsoft .NET mühiti;
- C# dilinin imkanları;
- C# ilə proqramlaşdırmanın əsas prinsipləri;
- Tətbiqi proqramların hazırlanma metodikası;
- Vizual və qeyri-vizual komponentlərin istifadəsi;
- Sistem dialoqları;
- Dialoq pəncərələri;
- C# və API Windows funksiyaları;
- C#'da kodların təkrar istifadəsi (code reuse);
- Yeni komponent və DLL-lərin hazırlanması;
- C# ilə verilənlər bazası (əsas anlayışlar);

C# kursunun tədris proqramını buradan yükləyə bilərsiniz.

Tələb olunan başlanğıc biliklər hansılardır?

C# öyrənmək üçün başlanğıc biliklər kimi C və C++ dillərini bilmək tələb olunur.