MilliByte MMC, özünə güvənən, karyera qurmaq istəyən amma təcrübəsizlikdən ilk addımlarını atmaqda çətinliklərlə üzləşən gəncləri təcrübə proqramlarına dəvət edir.

Bu Nədir?

Təcrübə proqramı təyin olunmuş müddət ərzində çalışmaq və özünü inkişaf etdirmək imkanıdır. Siz proqram boyunca peşəkar komanda ilə işləyərək onların bilik və bacarıqlarından faydalanacaq, müasir texnologiyalardan istifadə etməklə İT ixtisası üzrə texniki və fərdi bacarıqlarınızı zənginləşdirəcəksiniz. Bundan başqa biz Sizə karyera təşəbbüslərinizi önə çıxarmaqda kömək edəcəyik.

Bu Necə Baş Verir?

Müraciət edən namizədlər proqrama qəbul edildikdən sonra menecerlərimiz onlarla konsultasiya edir və müvafiq istiqamətlər üzrə komandalara bölürlər. Hər komanda üçün bir layihə seçilir və komanda üzvləri arasında iş bölgüsü aparılaraq fərdi missiyalar müəyyənləşdirilir. Hər bir layihə üçün müəyyən icra müddəti (2-3 ay) təyin edilir. Təcrübə proqramı MilliByte şirkətinin ofisində təşkil olunur və komandalar onlara ayrılmış təchizatlı otaqlarda çalışmalara başlayır. Proqram boyunca təcrübəçilər kvalifikasiyalı kadrlarla görüşdürülür və onlardan pulsuz konsultasiya xidmətləri alırlar. Əgər komanda üzvünün hansısa istiqamət üzrə fundamental nəzəri biliklərə ehtiyacı olarsa, güzəştli əsaslarla intensiv təlimlər təklif edilir. Proqram yekunlaşdığı zaman təcrübəçilər fərdi qaydada öz hesabatlarını rəhbərliyə təqdim edirlər. Təcrübə proqramını uğurla başa vuran təcrübəçilərə MilliByte şirkətinin iştirakçı sertifikatıtövsiyyə məktubu verilir.

Kimlər Müraciət Edə Bilər?

Təcrübə proqramlarına tələbələr, məzunlar və karyera qurmaq istəyən lakin iş təcrübəsi olmayan bütün gənclər müraciət edə bilər.

Necə Müraciət Etməli?

Namizədlər öz CV-lərini info@millibyte.az elektron poçtuna göndərməklə müraciət edə bilərlər. Bundan sonra menecerlərimiz uyğun namizədlərlə əlaqə saxlayıb onları konsultasiyalara dəvət edəcəklər.