Nə üçün MilliByte-ın təhsil mərkəzini seçməliyəm?
Əgər siz... - BDU, AzTU, ADNA, ADİU və ya OYU-nun informatika, tətbiqi riyaziyyat və ya iqtisadi kibernetika ixtisaslarına daxil olmusunuzsa; - Adları yuxarıda çəkilən ixtisaslarda oxuyur, lakin ixtisasınız üzrə təhsil ala bilmir və ya şətinlik çəkirsiniz; - Bu ixtisaslardan məzun olmusunuz, lakin təcrübəniz olmadığına görə iş tapa bilmirsiniz; - İT ixtisaslarında çalışırsınız, amma kvalifikasiyanız aşağıdırsa; o zaman bizə müraciət edə bilərsiniz. Çünki Biz... - İxtisas seçmədə Sizə düzgün istiqamət verəcəyik; - Ixtisasınız üzrə Sizə Keyfiyyətli təhsil verəcəyik; - Sizin kvalifikasiyanızın artmasını təmin edəcəyik; - Sizə karyera qurmaqda kömək edəcəyik. Unutmayın! Hədəfi düzgün vurmanın əsas şərti hədəfi düzgün seçməkdir...
MilliByte-ın təhsil mərkəzində təlimçilər kimlərdir?
MilliByte-ın təhsil mərkəzində öz ixtisasları üzrə çalışan (!) təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər dərs deyir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər.
Dərslər qrup yoxsa fərdi şəkildə keçirilir?
MilliByte-ın təhsil mərkəzində dərslər qruplar şəklində keçirilir. Uzun illərin təcrübəsi sübut etmişdir ki, proqramlaşdırma və şəbəkə ixtisasının dərsləri qruplar şəklində tədris edildiyi zaman daha effektli və məhsuldar olur. Bununla belə mütəxəssis-pedaqoqlarımız hər tələbəyə fərdi yanaşır. Bununla belə bəzi təlimlərdə istisna hal kimi dərslər fərdi şəkildə də keçirilir.
Maddi-texniki baza hansı səviyyədədir?
MilliByte İTM-in tədris kabinetləri müasir avadanlıqlar və kompüter sistemləri ilə təchiz edilmişdir. Tədris otaqları hər dinləyici üçün kompüter vəya notebook, qrup tədrisi üçün proyektor, lokal şəbəkə ilə təmin edilmişdir. Şəbəkə dərslərinin real və praktiki şəraitdə keçirilməsi üçün HP şirkətinin ən son texnoloji məhsulu olan HP ProLiant ML350p serveri laboratoriyamızda quraşdırılaraq dinləyicilərimizin xidmətinə verilmişdir. Bundan başqa laboratoriyamız CISCO switch və router-ləri ilə də təchiz edilmişdir.
MilliByte-ın tədris metodikası nə ilə fərqlənir?
Bütün kurslarımızda qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.
Təlimlər hansı dildə keçirilir?
MilliByte-ın təhsil mərkəzində dərslər əsasən Azərbaycan dilində keçirilir. İstəyə görə başqa bir dil də seçilə bilər. Ümumiyyətlə isə İT-nin dili ingilis dilidir. İT mütəxəssisi olmaq istəyənlərə ingilis dilini texniki səviyyədə bilmələri tövsiyyə olunur.
Təlimlər üzrə ədəbiyyat verilir?
Dərslərdə iştirak edənlərə təlim rəhbərləri tərəfindən Azərbaycan, Rus, Türkiyə türkcəsi və İngilis dilində elektron vəsaitlər verilir.
Kursu bitirdikdən sonra sertifikat verilir?
Təlim kurslarında iştirak edən dinləyicilərə (tədris kursunu tam bitirdikdən sonra) MilliByte-ın təhsil mərkəzi tərəfindən dinləyici sertifikatı təqdim edilir.
Məzun olduqdan sonra təcrübə proqramları varmı?
Tədris kurslarının sonunda dinləyicilərdən ən yaxşı göstəricilərə malik olanlardan layihə qrupları təşkil edilərək real layihə çalışmalarına cəlb olunurlar. Belə layihə qrupları həm bilik və bacarıqlarını daha da təkmilləşdirmə imkanı qazanır, həm də kommersiya layihələrindən qazanc əldə edirlər.
Kursu bitirdikdən sonra MilliByte məni işlə təmin edəcək?
Əvvəla qeyd etmək yerinə düşər ki, MilliByte işədüzəltmə agentliyi deyil. Bizim ən yaxşı məzunlarımız onsuz da bu bilik və bacarıqlarla iddia etdikləri yerlərə işə qəbul olunurlar. Bununla belə biz də öz növbəmizdə əməkdaşlıq etdiyimiz dövlət və özəl müəssisələrə məzunlarımızı tövsiyyə edirik. Lakin son qərarı əlbəttə onlar qəbul edirlər.