Təcrübələr göstərir ki, hər hansı bir sahədə konkret istiqamət üzrə intensiv şəkildə biliklərə yiyələnmənin yolu seminarlarda iştirak etməkdir. Doğrudur seminarda əldə olunan informasiya səthi də ola bilər, lakin onlar hər zaman qalıcı olurlar. Müxtəlif mövzular üzrə keçirilən nəzəri və praktiki seminarlar dinləyicilərin maraq dairəsini genişləndirməklə yanaşı, həm də onlara gələcək adına düzgün istiqamətlər də vermiş olur.

Seminarların faydalarından çox danışmaq olar, amma qısa şəkildə ifadə etsək seminarlar aşağıdakı suallara cavab tapmaqda bizə kömək edir:

Nəyi bilmirəm?
Daha nəyi öyrənməliyəm?
Necə öyrənməliyəm?

İnkişaf etmiş ölkələrdə tələbələr universitet və kollecdə mühazirə və məşğələlərdə öyrənə bilmədiklərini seminarlarda iştirak etməklə öyrənirlər. Seminarlara qatılmaqla CV-ni işəgötürənlər üçün daha da cəlbedici hala gətirmək olar.

MilliByte şirkəti İT sahəsinin müxtəlif istiqamətləri üzrə mütəmadi olaraq nəzəri və praktiki seminarlar təşkil edir. Bu seminarlar informasiya texnologiyalarının ən aktual mövzularına həsr olunur. Bir qayda olaraq bizim seminarlarımız ödənişsiz olur. İndiyə qədər bir çox ali məktəblərdə və şirkətimizin təlim mərkəzində onlarla seminar keçirmişik. Seminarlara dəvət etdiyimiz məruzəçilər isə öz sahəsi üzrə ixtisaslaşmış peşəkar kadrlardır.

Əgər Siz də biliklərinizi qısa zamanda artırmaq və öyrənməyin yolunu öyrənmək istəyirsinizsə, bizim seminarlarımızda iştirak etməyə tələsin!