Microsoft Outlook-da Avtocavab

Microsoft Outlook-da Avtocavab

 E-poçtlar müasir dövrdə yazışmalar üçün istifadə olunan ən geniş ünsiyyət vasitələrindən biridir. Əgər klassik məktublaşmalarda insanlar məktubları aylarla gözləməyə alışmışdılarsa indi e-poçtlarda bu vaxt saniyələrə enib. Həmçinin elektron məktublara üstünlük verən istifadəçilər qarşı tərəfdən cavabın tez göndərilməsini də "tələb" edirlər. Lakin əksər vaxtlarda biz e-məktublara vaxtında cavab yaza bilmirik. Əlbəttə əgər e-poçt proqramı bizim mobil telefonumuzda quraşdırılıbsa istənilən yerdə məktubları oxuyub onlara anında cavab yazmaq mümkündür. Lakin e-poçtunu yalnız kompüterdən yoxlayanlar üçün bu mümkün deyil. 

 Belə hallarda avtocavab bizim köməyimizə çatır. Eynilə telefonlarda olduğu kimi biz olmayanda bizim əvəzimizdən e-poçtun avtocavabı qarşı tərəfə "ilkin" cavab verir və bizə biraz vaxt qazandırır: "Salam. Sizin məktubunuzu aldım. Ən qısa zamanda Sizə ətraflı cavab yazacam. Təşəkkür edirəm."

 Bu günkü məqaləmizdə Microsoft Outlook-da avtocavabı tənzimləməyi öyrədəcəyik. İşə başlamadan öncə Microsoft Outlook-da e-poçt hesabını quraşdırmış olmalısınız.

 Gəlin əvvəlcə avtocavab mətnini hazırlayaq. Bunun üçün File-->New-->Mail Message menyusunu seçmək lazımdır:


 Bundan sonra açılan pəncərədə avtocavabın mətnini hazırlamaq lazımdır:


 Avtocavab mətni yazıldıqdan sonra onu yadda saxlamaq lazımdır. Bunun üçün menyudan Save As... əmri seçilməlidir:


 Burada şablon faylına ad qoymalı və faylın tipi kimi Outlook Template (*.oft) seçilməlidir:


 Beləliklə Avtocavab ismarışının şablonunu hazırlamış olduq. Bundan sonra isə gələn e-məktublara bu Avtocavab ilə cavab yazılmasını həyata keçirən qaydanı hazırlamalıyıq. Bunun üçün Tools-->Rules and Alerts... menyusu seçilməlidir:


 Qarşınıza çıxan dialoq pəncərəsindən isə New Rule... menyusu seçilməlidir:


 Bu zaman ekrana Qaydalar Sehrbazı pənçərəsi çıxacaq. Burada Start from a blank rule bölməsinin altındakı Check messages when they arrive seçilərək Next düyməsi basılmalıdır:


 Burada isə sent only me şərti seçilməli və yenə də Next düyməsinə basılmalıdır:


 Növbəti addımda isə reply using a specific template qaydası seçilməli və aşağıdakı bölmədə a specific tepmplate yazısının üzərinə tıqlanmalıdır:


 Bundan sonra isə açılan dialoq pəncərəsində Look in: sahəsində User Templates in File System seçilməli və Browse... düyməsinə basılmalıdır. Buradan isə az əvvəl Avtocavab faylını yadda saxladığınız qovluq seçilməli və öncə OK, ardından da Open düyməsinə basılmalıdır. Daha sonra yenə Next düyməsinə basılmalıdır:


 Növbəti addımda əgər zərurət varsa istisna halları da seçə bilərsiniz. Seçimlər bitdikdən sonra isə yenə Next düyməsinə basın:


 Və son olaraq da bu qaydaya bir ad qoyun və Finish düyməsinə basın:


 Beləliklə də biz gələn e-məktublara avtomatik cavab verilməsini həyata keçirən qayda hazırladıq. Unutmayın ki, avtocavabın işləməsi üçün Outlook proqramı açıq olmalı və tətbiq etdiyiniz Avtocavab qaydası da aktiv olmalıdır.

 Qeyd edək ki, qaydaları istənilən vaxt aktiv və ya deaktiv etmək mümkündür.



Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.