İnformatika Müəlliminin Rifahı

İnformatika Müəlliminin Rifahı

 Bütün müəllimlər kimi məzuniyyətə getməmişdən əvvəl vaxtımı keçirirdim. Abunə olduğum portaldan növbəti məqaləni oxudum və informatika müəllimləri haqqında düşünməyə başladım. Müəllim öz bilik və bacarıqlarını hara tətbiq etsin ki, öz həyatını yaxşılaşdırsın, çox qazana bilsin və özünə çox şeyi icazə verə bilsin.

 Və mən bu nəticələrə gəldim... Ancaq təəssüf ki, çoxları bu məqaləni oxumayacaq və hal-hazırda olduqları yerdə də qalacaqlar. Nə etməli, bu hər kəsin şəxsi seçimidir. Təəssüf ki, insanların çoxu vəziyyəti dəyişmək üçün kiçik hərəkətlər etmək əvəzinə həyatın pis olduğundan şikayətlənirlər. Danışırlar, danışırlar ki, kiminsə bəxti gətirib, onun varlı valideynləri var, və sairə və ilaxır.

 Heç də belə deyil. Həyat dəfələrlə sübut edib ki, əgər insanlar işinin dərinliklərinə yiyələnməyib və işinə ciddiyyətlə yanaşmayıblarsa, iflasa uğrayıblar, valideynləri tərəfindən toplanmış var-dövləti itiriblər. Eyni hal gözlənilmədən lotoreyada qazanmış insanlarla da baş verir. Onlar bu gözlənilmədən gələn qazancı elə gözlənilmədən də itirirlər.

 Belə nəticə çıxarmaq olar ki, insanın vəziyyəti onun inkişafından asılıdır. Biz heç vaxt inkişaf planında bir yerdə durmuruq. Ya inkişaf edirik, ya da tənəzzülə uğrayırıq. Üçüncü hal yoxdur...

 İndi isə düşünün ki, biz boş vaxtımızın böyük hissəsini hansı işlərlə keçiririk. Televizorun qarşısında otururuq, lazımsız nə qədər işlə məşğul olub həyatımızı tükədirik. Və sonra da şikayətlənirik ki, bizim həyatda bəxtimiz gətirmir.

 Bəs bəxtin gətirməsi üçün bəlkə ona doğru addımlamaq lazımdır? Yoxlamamışıq...

 Belə-belə işlər, o dəqiqə qeyd edim ki, insanın həyatını nə dəyişə bilər. Bu o vaxt baş verə bilər ki, insan gözlənilmədən lotoreyada qalib gələr. Ancaq ehtimal nəzəriyyəsinin heç olmasa əsaslarını bilən hər kəs başa düşər ki, bu nə qədər realdı.

 Ancaq siz özünüz öz həyatınızı yaxşılığa doğru dəyişə bilərsiniz. Siz öz həyatınızda ən əsas adamsınız. Siz hər şeyi idarə edirsiniz və hal-hazırda sahib olduğunuz hər şeyi özünüz sifariş edirsiniz.

 Dərzi necə qazana bilər – tikməklə, toxumaqla. Mexanik öz gəlirini necə artıra bilər – maşınları təmir etməklə, təmir üzrə məsləhətlər verməklə.

 Bəs informatika müəllimi nə edə bilər – o praktik olaraq kompüterlə bağlı hər işlə məşğul ola bilər. Bayağı repetitorluqdan tutmuş, sifarişlə işlər görmək, distant təhsilin təşkilinə qədər və ya peşəkar şəkildə saytın dizayn və proqram təminatı ilə məşğul olmaq kimi görün nə qədər işlər var...

 Siz ilk addımı atdıqdan sonra bu asanlaşır.

 Görürsünüzmü üfüqdən o tərəfdə nə var?

 Çətin ki...

 Bunu görmək üçün sadəcə irəli addım atmaq lazımdır. Ancaq ilk addımdan sonra yeni üfüqlər açılacaq. Və bu ilk addım ən əsasdır.

 Bu yolda büdrəmək də, yıxılmaq da olar, bu hər kəslə baş verir. Ancaq hər kəs ayağa qalxmır və yoluna davam etmir. Kim ki, ayağa qalxır, bu həyatda qalib gəlir. Bu sadə formulu başa düşün və özünüz üçün nəticə çıxarın. Ancaq Siz qərar verə bilərsiniz ki, həyatınızda bu gün nə baş verir, sabah nə baş verəcək.

 Ümid edirəm ki, Sizə vacib-yararlı həyati informasiya çatdırdım.

 İndi isə bir az texniki informasiya.

 Bu gün mən Sizə ən yeni və müasir saytların düzəldilməsi və şəkillərin Photoshop-da emalını məsləhət görəcəyəm.

Bunun üçün 3 səbəb var:

1) Məktəbdəki fakultativ məşğələlərə faydası.

2) Sizə və fənninizə olan marağın və hörmətin artması.

3) Əlavə qazanc imkanı.

  Bunun üçün tələblər – vacib biliklərə yiyələnmək və sonra onları maddiyata çevirmək lazımdır. Mən Sizə sınaqdan çıxmış müəlliflərin kurslarını məsləhət görürəm, belə ki, mən özüm də bu kurslardan keçmişəm və fayda əldə etmişəm və onların sayəsində öz saytımı düzəltmişəm və kompüter qrafikası ilə işləməyi öyrənmişəm.

Beləliklə qarşınızda 5 yol var:

1) Siz saytlar düzəltməyi öyrənə bilərsiniz. (veb-dizayner, veb-proqramçı)

2) Siz kompüter qrafikası ilə işləməyi öyrənə bilərsiniz. (qrafik dizayner)

3) Digər fənn müəllimlərinə elektron vəsaitlər hazırlamaqda kömək edə bilərsiniz.

4) Magistratura və dövlət qulluğuna imtahan verənləri informatikadan hazırlaşdıra bilərsiniz.

5) Kurslarda təlimçi işləyə bilərsiniz.

 İdeal halda hər beş variantdan istifadə etmək lazımdır, belə ki, bu beş yol bir-biri ilə bağlıdır və bir-birini əhəmiyyətli dərəcədə tamamlayır.

 Yadda saxlayın, Sizdən başqa heç kim Sizin həyatınızı yaxşılaşdırmayacaq.

 Qərar Sizindir...


Müəllif: Dmitri Tarasov - - - Tərcümə: Jalə Salmanova - - - Əlavələr: Kərim Tahiroğlu

Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.