Sizə Proqramlaşdırmanı Öyrətmirlər?

Sizə Proqramlaşdırmanı Öyrətmirlər?

 Siz İT ixtisaslarında oxuyursunuz, amma proqramlaşdırma dillərini öyrətmirlər?

 Siz informasiya texnologiyaları (kompüter elmləri, informatika, kompüter mühəndisliyi və s.) ixtisasları üzrə ali məktəbə qəbul olanda düşünürdünüz ki, müasir proqramlaşdırma dilləri tədris olunacaq. Amma semestrlər bir-birini yola saldıqca, gördünüz ki, proqramlaşdırmanı heçkim Sizə öyrətmir və beləcə proqramçı olmaq da bir xəyal oldu.

 Biz Sizi yaxşı anlayırıq. Amma Sizə şad bir xəbərimiz də var: proqramlaşdırma dillərini öyrənmək mümkündür və hələ də gec deyil. Gələcəyiniz adına qərar vermək Sizin öz əlinizdədir. TIOBE Proqramlaşdırma İcmasının son reytinq cədvəllərində ilk beşlikdə yer alan proqramlaşdırma dillərindən birini bilməklə, bu gün dövlət və özəl müəssisələrdə ən çox tələb olunan proqramçı vəzifəsinə iddia edə bilərsiniz. Təsadüfi deyil ki, bu gün Azərbaycanda proqramçılar ayda 800-2000 AZN məvacib alırlar. Əgər belə bir perspektiv varsa proqramlaşdırma dillərini öyrənməyinə dəyər.

 İT ixtisaslarının tədrisi sahəsində 10 illik təcrübəsi olan MilliByte şirkəti Sizə arzularınızı gerçəkləşdirməyə kömək edəcək. Bizim xüsusi metodika optimal zaman kəsiyində proqramlaşdırmanı Sizə praktiki əsaslarda tədris etməyə imkan verir. Sadəcə 2015-ci il üçün bizim xidmətlərimizdən 1432 nəfər tələbə istifadə etmişdir. Onların təxminən 432 nəfəri Sizin kimi proqramlaşdırma dillərini öyrənmək arzusu ilə bizə müraciət edib təlimlərimizdə iştirak etmişlər.

 Müasir laboratoriyalar, kvalifikasiyalı təlimçilər və xüsusi hazırlanmış metodika Sizin ixtiyarınızdadır! Lakin yerlərimiz məhduddur. Bu şansdan istifadə etmək üçün tələsin. 

Vaxt itirmədən bizə müraciət edin və daha ətraflı məlumat əldə etmək üçün qeydiyyatdan keçin. 

P.S: Təlimlər pulludur, konsultasiyalar isə pulsuzdur. Şagirdlərə, təbələrə və müəllimlərə 20% endirim ediləcək. Qiymətlər, təlim prosesi və digər suallarınızı qeydiyyatdan keçdikdən sonra menecerlərimiz özləri Sizə zəng edərək cavablandıracaqlar.