Mühasibin Excel Gücü

 Mühasibat gücünüzə Excel ilə güc qatmağın zamanı gəldi!

 Yaxşı mühasib bir şirkətin “hesablayan” beynidir. Mühasibləri isə mühasibat proqramlarını və ən əsası da Excel proqramını bilmədən təsəvvür etmək çox çətindir. 

 Bəzən Excel proqramı ən mürəkkəb hesablamaları və təfərrüatlı hesabatları təqdim etməkdə mühasibat proqramlarını da geridə qoya bilir.

 Əgər Siz hələ də Excel proqramı ilə istədiklərinizi edə bilmirsinizsə bu Sizin üçün əla bir şansdır. Ən qısa zamanda bu proqramın sirrlərinə yiyələnmək və mühasibatlıqla əlaqədar dərinliklərini öyrənmək imkanınız var. MilliByte MMC-nin "Mühasiblər üçün Excel" təlimi Sizə bu şansı verir. 

 Peşəkar və təcrübəli mütəxəssislərin praktiki dərslərində iştirak etməklə əldə edəcəyiniz təcrübi biliklər Sizin hələ uzun müddət işinizə yarayacaq. Excel proqramını mükəmməl bilməklə Siz öz mühasibat gücünüzə güc qatacaqsınız.

 İnsan bilmədiyinin düşmənidir. Artıq Excel proqramını düşməninizdən dostunuza çevirməyin zamanı gəldi. 

 Vaxt itirmədən bizə müraciət edin və daha ətraflı məlumat əldə etmək üçün qeydiyyatdan keçin.