Ön Panel Konnektorlarının Qoşulması

Ön Panel Konnektorlarının Qoşulması

 Kompüteri yığarkən ən vacib məsələlərdən biri də korpusun ön panel konnektorlarının düzgün qoşulmasıdır. Yəni kompüterin sistem blokunun ön hissəsində yerləşən düymə, indikator və portları ana plataya düzgün şəkildə qoşmaq lazımdır. Bu günkü məqaləmiz bu mövzuya həsr olunub.

 Gəlin əvvəlcə qida (power) və yenidən başlat (reset) düymələri, sərt disk (HDD) və qida indikatorlarının konnektorlarının qoşulmasını nəzərdən keçirək. Bu sadalanan konnektorlar pinlər şəklində düzəldilib:


  • Power SW— qida düyməsinin pini
  • Power LED (+ —) — qida indikatorunun pinləri 
  • HDD LED – sərt disk indikatorunun pini 
  • RESET SW— yenidən başlat düyməsinin pini

 Əgər qeyd olunan pinlər ana plataya düzgün qoşulmasa kompüter işə düşməyəcək. Hər ana platada bu pinlərin qoşulduğu F-Panel adlı kontaktlar bloku yerləşir. Bu blok adətən platanın aşağı sağ küncündə yerləşir, amma istisnalar da ola bilər:



 Ümumiyyətlə ana plataların istifadəçi təlimatlarında pinlərin qoşulması sxemi verilir. Bu sxemi oxuya bilməyənlər aşağıdakı şəkildən istifadə edə bilər:



 Kompüter korpusunun ön hissəsində iki ədəd USB portu və qulaqlıq/kolonka və mikrofon üçün portlar da yerləşir. Gəlin onların konnektorlarının qoşulmasını da nəzərdən keçirək.



 Frontal USB portlarının konnektorları da pinlər şəklində düzəldilib:



 Ana platada bu pinlərin qoşulduğu F_USB1F_USB2 adlı kontaktlar bloku yerləşir. USB portlarının konnektorlarını bu kontaktlara qoşmaq lazımdır:



 İndi isə gəlin qulaqlıq/kolonka və mikrofon üçün portların konnektorlarının qoşulmasını nəzərdən keçirək. Yeri gəlmişkən qeyd edək ki, bu portların konnektorları zahirən USB portlarının konnektorlarından fərqlənmirlər. Onların qoşulması üçün də ana platada F_AUDIO adlı müvafiq kontaktlar bloku yerləşir:



 Bu da son. Ümid edirik ki, bu məlumatlar Sizin üçün çox faydalı oldu :)



Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.