Şifrələri Gizlətməyin Ən Asan Yolu

Şifrələri Gizlətməyin Ən Asan Yolu

 Müasir həyatımız günbəgün rəqəmsallaşır. Təbii olaraq online hesablarımızın sayı da durmadan artır. Kredit kartları, e-poçtlar, sosial şəbəkə hesabları… Onların sayı çoxaldıqca yadda saxlamalı şifrələrin də sayı artır… Bu qədər şifrəni yadda saxlamaq hər zaman asan olmur. Bütün şifrələri bir kağıza yazıb üstümüzdə gəzdirmək isə çox gülməli olardı. Əlbəttə şifrələri yadda saxlayan xüsusi proqramlar mövcuddur. Lakin əksər istifadəçilər bu proqramları mobil telefon, planşet və ya kompüterə quraşdırmağa təmbəllik edirlər. Bəlkə bunun bir alternativ yolu var? Əlbəttə ki, var. Bü günkü məqaləmiz də bu mövzuya həsr olunub. Biz Sizə şifrələri gizlətməyin ən asan yolunu göstərəcəyik. Həm də əməliyyat sisteminin öz imkanları hesabına və heç bir kənar proqram yükləmədən.

 Sadə bir mətn faylında istədiyiniz qədər şifrəni yazıb gizlədə bilərsiniz. Həm də bu fayl başqasının əlinə keçsə belə şifrələriniz məxfi qalmış olacaq. Gəlin başlayaq.

1. Əvvəlcə D diskində bir qovluq düzəldin. İndiki halda biz qovluğun adını test qoyduq.

2. İndi isə əmr sətrini (command prompt) işə salın. Bunun üçün Start-dan axtarış yerində cmd yazıb enter düyməsinə vurun.

3. Əmr sətrinin qara ekranı qarşınıza çıxacaq. Burada aktiv qovluğu dəyişib düzəltdiyiniz qovluğa keçməlisiniz. Əvvəlcə D diskinə keçmək üçün D: yazıb enter düyməsinə vurun. Sonra da cd test yazıb enter düyməsinə vurun.

4. Əmr sətrində aşağıdakı əmri yazın (faylların adını ixtiyari verə bilərsiniz) və enter düyməsinə vurun:

notepad alma.txt: password.txt


5. Qarşınıza çıxan aşağıdakı dialoq pəncərəsində düyməsinə vurun:


6. İndi isə yadda saxlamaq istədiyiniz şifrələrinizi yazın və faylı Ctrl+S düymələrinə vurmaqla yaddaşa verib Bloknot proqramını bağlayın:


7. Bundan sonra D diskində test qovluğuna daxil olsanız yalnız alma.txt faylını görəcəksiniz. Bu faylın içi boşdur, istəsəniz ora bir şeylər də yaza bilərsiniz: 


 Bundan sonra faylı Ctrl+S düymələrinə vurmaqla yadda saxlamağı unutmayın və faylı bağlayın.

 Beləliklə biz gizli fayl (password.txt) düzəldib onu aşkar fayl (alma.txt) ilə kamuflyaj etdik. Aşkar faylı hərkəs görəcək, gizli fayldan isə yalnız bizim xəbərimiz olacaq. 

8. Gizli faylın içərisindəkiləri görmək üçün isə yenidən əmr sətrinə daxil olub aşağıdakı əməliyyatları təkrarlamalısınız:


 Bununla da gizli fayl qarşımıza çıxacaq :)

 Ümumiyyətlə aşkar fayl ilə birdən çox gizli faylı kamuflyaj etmək mümkündür. Bunun üçün yenə də əmr sətrində müvafiq əmrləri yazmalısınız:

notepad alma.txt: secret.txt

notepad alma.txt: kodlar.txt

 Artıq bundan sonra öz şifrələrinizi və digər məxfi məlumatlarınızı etibarlı şəkildə kompüterinizdə saxlaya bilərsiniz. 


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.