Bloqlar müasir sosial həyatın artıq bir zərurətidir. Mənaca şəbəkə jurnalı (web log) mənasını verən bloqu şəxsi kütləvi informasiya vasitəsi adlandırmaq mümkündür.

Aktiv həyat tərzi sürən hər bir şəxs hansısa bir şəkildə öz gündəliyini tutmağa və lazım bildiyi həcmdə informasiyanı başqaları ilə paylaşmağa meyillidir. İnternetin daha da populyarlaşdığı günümüzdə ənənəvi gündəliklər yavaş-yavaş öz yerini elektron gündəliklərə verir. Hətta real həyatda gündəlik tutmağa həvəsi olmayanlar belə elektron gündəlik tutmağa can atırlar.

Bunun səbəbi isə elektron gündəliklərin rahat və funksional, həm də əyləncəli olmalarıdır. Axı Siz öz qeydlərinizi, şəkil və videolarınızı çevik bir şəkildə elektron gündəlikdə yerləşdirə bilərsiniz. Bloqun qonaqları isə bu paylaşımlara öz fikir və rəylərini bildirə bilər. Bu isə bloqu tutan şəxsə (bloqerə) xüsusi zövq vermiş olacaq. Çünki sosiallaşan insanlar paylaşmağı sevir və bu paylaşımlara ətrafdan reaksiya gələndə onların daxili tələbatı ödənmiş olur.


Bloqların başqa bir təyinatı da müxtəlif peşə sahiblərinin öz fəaliyyətlərini jurnallaşdırmaları və insanlarla fikir mübadiləsi aparmalarıdır. Bloq tutan müəllim, yazar, sənətkar və ya hər hansı bir içtimai fiqur, öz fikir və düşüncələrini, beyin məhsullarını öz auditoriyası ilə paylaşa bilir və onların da müxtəlif məsələlərə münasibətini öyrənmiş olur.

Bloqlardan istifadənin daha bir məqsədi də pul qazanmaqdır. Belə olan halda bloq satış meydanı, virtual mağaza, vitrin rolunu oynayacaq. Siz öz məhsulunuzu bloqunuzda yerləşdirə biləcək və onu reklam edib sata biləcəksiniz.

Qeyd etmək yerinə düşər ki, bloqların tutulması saytlarla müqayisədə daha rahat və idarə olunması da daha asandır.

Bütün bunları nəzərə alaraq MilliByte, ixtisas və peşə fəaliyyətindən asılı olmayaraq arzu edən hər kəsə bloqların hazırlanması ilə bağlı öz xidmətlərini təklif edir:

Pulsuz konsultasiya
Bloqun layihələndirilməsi və hazırlanması
İnzibati idarəetmə təlimi

MilliByte şirkəti, bloqların hazırlanması prosesinin bütün mərhələlərində müştəri ilə daim əlaqədə olur və hər bir sifarişə fərdi yanaşma tərzinə üstünlük verir. Biz müştəri məmnuniyyətini əsas götürərək xidmətdən sonrakı dəstəyi də davam etdiririk.