Müasir dövrdə şirkətlərin korporativ saytlarının olması artıq bir zərurətdir. İstər biznes fəaliyyətləri, istərsə də içtimaiyyətlə əlaqələr baxımından saytların bir vasitə kimi istifadəsi əvəzsizdir. Şirkətlər öz fəaliyyət növlərindən asılı olmayaraq bu vasitədən maksimum dərəcədə istifadə etməlidirlər.

İnternetin gündəlik həyatdakı rolunu və informasiya əldə etmədəki rahatlığını nəzərə alanda görürük ki, potensial müştərilər, şirkətlər və onların fəaliyyəti, göstərdiyi xidmətlər, keçirdiyi kampaniyalar və qiymətlər haqqında məlumatları ilk növbədə internetdən axtarırlar. Belə olan halda korporativ saytlar potensial müştərilərin informasiya ehtiyacını effektiv şəkildə qarşılaya bilər.




Korporativ saytların şirkətlərə verdiyi üstünlüklər əsasən aşağıdakılardır:

Məşhurluq və nüfuz göstəricisi
Təsirli reklam və əlavə müştəri cəlb etmə aləti
İçtimaiyyətlə əlaqələr üçün interaktiv vasitə

Bütün bunları nəzərə alaraq MilliByte, şirkətlərə korporativ saytların qurulması ilə bağlı öz xidmətlərini təklif edir. Bizim korporativ saytların qurulması ilə bağlı xüsusi yanaşmamız var. Fəaliyyət növündən asılı olmayaraq hər bir şirkət üçün saytla bağlı ilk növbədə konsultasiya xidməti göstəririk.

Bu bizə aşağıdakı məsələləri aydınlaşdırmağa imkan verir:

Veb-layihənin məqsəd və strategiyasının müəyyənləşdirilməsi
Saytın marketinq alətinə çevrilmə imkanlarının işlənib hazırlanması

Konsultasiya xidmətindən sonra sifariş verilən saytın hazırlanması: layihələndirmə, dizayn və proqramlaşdırma mərhələlərini əhatə edir. İnnovativ web-texnologiyalar əsasında layihələndirilən saytların dizaynı xüsusi zövqlə və unikal olaraq hazırlanır.

Dizayn mərhələsi bitdikdən sonra saytın proqramlaşdırılması mərhələsi başlayır. Bu mərhələdə sayt strukturu və bazanın hazırlanması, naviqasiya sistemi və interfeysin qurulması, və eləcə də saytın idarəetmə sisteminin tərtib olunması kimi məsələlər həll edilir.

Ən sonda isə sayt test edilərək müştəriyə təhvil verilir. Bundan başqa sifarişçi şirkət tərəfindən təyin edilən sayt inzibatçısına müvafiq təlim keçirilir.

Qeyd etmək istərdik ki, MilliByte, korporativ saytların hazırlanması prosesinin bütün mərhələlərində müştəri ilə daim əlaqədə olur və hər bir sifarişə fərdi yanaşma tərzinə üstünlük verir. Biz müştəri məmnuniyyətini əsas götürərək xidmətdən sonrakı dəstəyi də davam etdiririk.