Fərdi saytlar niyə lazımdır? Bu sualın cavabını bu gün daha az insan bilir. Amma sabah hər kəs biləcək. Lakin bundan faydanı daha tez bilənlər görəcək.

Bu gün sayt sadəcə şirkətlər üçün atribut deyil, o fərdlərə də lazımdır. Fərdi saytınızın olması Sizə özünüz haqda danışmağa: öz maraqlarınız, nailiyyətləriniz və arzularınız barədə söz edib dünya ilə paylaşmağa imkan verir.

Fərdi saytlar şəxsi biznesin inkişafına da rəvac verir. Sayt vasitəsilə fasiləsiz və məsafədən asılı olmayaraq yeni tərəfdaşlar, müştərilər qazanmaq olur. Necə? Sualın cavabı sadədir. Axı internet məsafə tanımır və Sizin saytınız il boyu, həftənin 7 günü və günün 24 saatı fəaliyyət göstərir.

Hazırda internet istifadəçilərinin sayı dünya üzrə 2 milyarddan çoxdur, və bu insanlar qlobal şəbəkədən ünsiyyət, öyrənmək, alış-veriş etmək və informasiya axtarışı üçün istifadə edir. Belə olan halda fərdi saytların əhəmiyyəti daha da artmış olur.



Fərdi sayta sahib olmağın aşağıdakı üstünlükləri vardır:

İmic, özünüifadə və özünütəsdiq
Yeni dostlar və sosial münasibətlər
Virtual ofis və biznes
Yeni tərəfdaşlar və müştərilər
Gəlir

Özünə və iş fəaliyyətinə ciddi yanaşan hər bir müəllim, həkim, vəkil, yazar, içtimai xadim, dizayner, bərbər və s. şəxslər bu üstünlüklərdən faydalanmaq istəyəcək. Yuxarıda da qeyd etdiyimiz kimi fərdi saytların əhəmiyyətini anlayan hər bir şəxs onun faydasını görəcək.

Bütün bunları nəzərə alaraq MilliByte, ixtisas və peşə fəaliyyətindən asılı olmayaraq arzu edən hər kəsə fərdi saytların hazırlanması ilə bağlı öz xidmətlərini təklif edir. Bizim fərdi saytların qurulması ilə bağlı xüsusi yanaşmamız var. Şirkətimiz müraciət edən hər bir müştəriyə kompleks həllər təqdim edir:

Pulsuz konsultasiya xidməti
Zövqlü və unikal dizayn
İnnovativ web-texnologiyalar
İnzibati idarəetmə təlimi

Qeyd etmək istərdik ki, MilliByte, fərdi saytların hazırlanması prosesinin bütün mərhələlərində müştəri ilə daim əlaqədə olur və hər bir sifarişə fərdi yanaşma tərzinə üstünlük verir. Biz müştəri məmnuniyyətini əsas götürərək xidmətdən sonrakı dəstəyi də davam etdiririk.