Bu gün elə bir ev yoxdur ki, orada kompüter olmasın. Kompüterlər, ixtisasından asılı olmayaraq hər birimizin həyatının və iş dünyasının ayrılmaz bir parçasına çevrilmişdir.

Hər bir kompüter istifadəçisi də kompüteri ilə bağlı ara-sıra müəyyən problemlərlə qarşılaşır. Bu problemləri doğru həll etmək üçün peşəkar diaqnostika aparmaq lazımdır.

Vaxtında və obyektiv aparılan diaqnostika həm kompüter təmiri ilə bağlı xərcləri, həm də təmir üçün ayrılan zamanı əhəmiyyətli dərəcədə azalda bilər.

Kompüterində problem ilə qarşılaşan adi istifadəçilər bəzən qeyri-peşəkarlara müraciət edirlər. Bu zaman düzgün aparılmayan diaqnostika əksər hallarda kompüterdəki dəyərli informasiyaların itkisinə və hətta kompüterin qurğu təminatının sıradan çıxmasına da səbəb olur. Bu isə kompüterin sonrakı təmir prosesini çətinləşdirə və yaxud xərcləri artıra bilər.

MilliByte, kompüterlər ilə bağlı öz peşəkar diaqnostika xidmətini təklif edir. Bizim kvalifikasiyalı mütəxəssislərimiz kompüterlərinizi düzgün diaqnostika edərək mövcud problemləri tez bir zamanda müəyyən edəcəklər.

Biz, kompüterin və onun yaddaşındakı informasiyanın Sizin üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Və biz kompüterinizin problemlərini çox illik təcrübə əsasında daha dəqiq müəyyən edib həll edə bilirik.

Nəzərinizə çatdıraq ki, diaqnostika xidməti, Sizin istəyinizdən asılı olaraq həm bizim servis mərkəzində, həm də yerində aparıla bilər.