Kompüteri olan hər bir şəxs gec-tez onu modernləşdirmək zərurəti ilə qarşılaşır. İnformasiya texnologiyalarının inkişafı fonunda kompüterlərin də zamanın tələblərinə cavab vermələri şərtdir. Hər gün yenilənən proqram təminatları, təklif edilən müxtəlif yeni tətbiqetmələr kompüterlərdən daha yüksək məhsuldarlıq tələb edirlər.

Belə olan halda ən asan çıxış yolu yeni və daha güclü kompüterin alınmasıdır. Lakin asan yol demək hər zaman doğru olan demək deyildir. Əvvəla yeni kompüterin alınması əlavə xərclər tələb edəcək. Digər tərəfdən yeni kompüter alınandan sonra köhnəsi işimizə yaramayacağına görə istifadəsiz qalacaq.

MilliByte, Sizə alternativ çıxış yolu təklif edir: kompüterlərin modernləşdirilməsi. Modernləşdirmə yeni kompüterin alınmasından daha sərfəli başa gəlir. Kompüterin upgrade edilə bilən ayrı-ayrı qurğularını daha yüksək göstəricilərə malik olanlarla dəyişdirməklə ümumilikdə kompüterin məhsuldarlığını artırmaq mümkündür.

Kompüterinizi modernləşdirməklə, Siz pulunuza və vaxtınıza qənaət etmiş olacaqsınız.

Modernləşdirmə zamanı kompüterin prosessoru (CPU), əməli yaddaş qurğusu (RAM), sabit yaddaş qurğusu (HDD), və videokartı (VGA) daha təkmil və güclü olanları ilə əvəz edilir. Bundan başqa əgər zərurət olarsa əlavə qurğular da quraşdırıla bilər. Lakin upgrade əməliyyatı düşünülərək və planlı şəkildə aparılmalıdır. Əks halda belə demək mümkünsə üzü astarından daha baha başa gələ bilər.

MilliByte, kompüterlər ilə bağlı öz peşəkar modernləşdirmə xidmətini təklif edir. Bizim kvalifikasiyalı mütəxəssislərimiz kompüterinizin mövcud konfiqurasiyasını analiz edərək optimal upgrade variantını təklif edəcəklər.

Və beləliklə Sizin "köhnə" kompüteriniz "ikinci baharını" yaşayaraq hələ uzun müddət öz sahibinə xidmət edəcək.