Kompüterlər gündəlik həyatımıza daxil olduqdan sonra elektron formatda olan informasiyaların əhəmiyyəti daha da artmağa başladı.

Bu gün aktiv kompüter istifadəçilərinin hər birinin müxtəlif yaddaş daşıyıcılarında saxladığı müxtəlif fayllar: sənədlər, proqram faylları, şəkillər və s. vardır. Bir çox halda bu fayllar öz sahibi üçün həyatı əhəmiyyət daşıyır. Əlbəttə heç kim istəməz ki, günlərin bir günü bu qədər dəyərli olan fayllar "yoxa çıxsın".

Bu halın baş verməməsi üçün təcrübəli istifadəçilər hər zaman öz dəyərli məlumatlarının bir nüsxəsini başqa yaddaş və bulud daşıyıcılarında saxlayırlar. Lakin sıravi istifadəçilər bunu etmədikdə gözləmədikləri anda informasiya itkisi kimi xoşagəlməz sürprizlərlə qarşılaşırlar.

İnformasiya itkisi müxtəlif səbəblərdən baş verə bilər. Əsas səbəblər kimi: yaddaş daşıyıcısının sıradan çıxması, virus kimi zərərli proqramların faylları silməsi və əlbəttə ki, istifadəçinin öz ehtiyyatsızlığı ucbatından faylları silməsini göstərmək olar.

Bununla belə silinən faylların bərpası böyük ehtimalla mümkündür. MilliByte, verilənlərin bərpası ilə bağlı öz peşəkar xidmətini təklif edir. Bizim kvalifikasiyalı mütəxəssislərimiz istənilən fayl sistemli yaddaş daşıyıcısından (HDD, Flash Disk, Memory Card və d.) silinmiş faylları zəmanətlə bərpa etməyə hazırdırlar. Faylların bərpası zamanı konfidensiallıq tam olaraq qorunur.

Biz, elektron informasiyanın Sizin üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Və biz verilənləri çox illik təcrübə əsasında bərpa etməyi bacarırıq.

Nəzərinizə çatdıraq ki, verilənlərin bərpası müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyamızda həyata keçirilir.