Bu gün kompüter istifadəçilərini narahat edən başlıca problem təhlükəsizlikdir. İnformasiya texnologiyaları inkişaf etdikcə elektron informasiyanın əhəmiyyəti və müvafiq olaraq da qorunması zərurəti daha da artır.

Müxtəlif zərərverici proqramlar, açıq və qorunmayan portlar hər bir kompüter istifadəçisi üçün real təhlükə mənbəyidir. Bu cür təhlükə mənbələri istifadəçilərə aid konfidensial və dəyərli məlumatların bir göz qırpımında kənar şəxslər tərəfindən ələ keçirilməsi deməkdir.

Kompüterin yaddaşında saxlanılan şəxsi məlumatların, proqram və faylların təhlükəsizliyini təmin etmək üçün əvvəlcədən profilaktik tədbirlər görmək lazımdır.

MilliByte, kompüterlərin təhlükəsizliyi ilə bağlı öz peşəkar xidmətini təklif edir. Bizim kvalifikasiyalı mütəxəssislərimiz kompüterlərinizi ziyanverici proqramlardan və onların fəsadlarından qorumaq məqsədilə kompleks həllər təqdim edəcəklər. Bura açıq və qorunmayan portların bağlanması, etibarlı antivirus proqramının yazılması və təhlükəsizlik divarının qurulması kimi xidmətlər daxildir. Bundan başqa biz kompüterinizi viruslardan təmizləyərək, əməliyyat sistemi və proqramlarınızın stabil iş rejimini bərpa edəcəyik.

Nəzərinizə çatdıraq ki, kompüterlərin təhlükəsizliyi ilə bağlı xidmətlər, Sizin istəyinizdən asılı olaraq həm bizim servis mərkəzində, həm də yerində aparıla bilər.